Azərbaycanda koronavirusa yoluxanların yaş həddi açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanların yaş həddi açıqlandı - RƏSMİ backend

Azərbaycanda koronavirusa yoluxanların yaş faizi açıqlanıb.

Qazilər.az bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 15 faizi isə 40-49 yaş arasında rast gəlinir:

“Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Gənclər arasında koronavirusa yoluxma sayının və xəstəliyi ağır keçirənlərin sayının artması müşahidə edilir. 30-39 yaşı əhatə edən şəxslər arasında xəstəliyi ağır keçirən hallar mövcuddur. Belə hallar evdə müalicəyə cəhd edildikdə müşahidə olunur”.

Sədr qeyd edib ki, indiyə qədər yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.