Dövlət sərhədindən giriş-çıxış 1 iyula qədər uzadılır.
Qazilər.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.Onun sözlərinə görə, həmin müddətə qədər ölkəyə giriş-çıxış qadağan edilir: "İnfeksiyanın yayılması hallarının artması buna şərait yaradır. Yük daşımaları və çarter reysləri istisna olunur".