Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Şirvan şəhərində “Azərbaycan Multikulturalizmi” mövzusunda mühazirə keçirib. QAZİLER.AZ saytı xəbər verir , Mərkəzdən Lent.az-a verilən məlumata görə, Şirvanın Gənclər və İdman idarəsində baş tutan, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.
Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Sonda Yadigar Məmmədli Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edən “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.