Azərbaycanda 100-dən çox 10 yaşa kimi uşaq hemofiliyadan əziyyət çəkir

Azərbaycanda 100-dən çox 10 yaşa kimi uşaq hemofiliyadan əziyyət çəkir backend

2014-cü ilin sonuna kimi Azərbaycanda 1450 hemofiliyalı xəstə qeydiyyata alınıb.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova APA-ya açıqlamasında deyib ki, aparılan tədqiqatlara və son məlumatlara əsasən xəstələrin yaş kateqoriyası müəyyənləşdirilib. Onun sözlərinə görə, 1952 -1972-ci təvəllüdlü (62-42 yaş arası) olan insanlar arasında 376 nəfər, 1973 – 1982-ci təvəllüdlü (41-32 yaş arası) insanlar arasında 336 nəfər, 1983 – 1993-cü il təvəllüdlü (31-21 yaşı arası) insanlar arasında 370 nəfər, 1994 – 2003-cü il təvəllüdlü (20-11 yaş arası) 235 nəfər, 2004 – 2014-cü təvəllüdlü (10 yaş) insanlar arasında 132 nəfər hemofiliyalı xəstə var.

Xəstələrə keyfiyyətli müalicənin əlçatanlığını təmin etmək üçün Bakıdan uzaq 21 rayonda əsasən qərb bölgəsi və Mərkəzi Arandan olan xəstələr və tibbi personalla hemofiliya üzrə maarifləndirmə işləri aparılıb. 135 nəfər müxtəlif ixtisası olan həkim heyəti hemofiliya üzrə təlim keçib. Assosiasiyanın 32 üzvünə, humanitar və hüquqi köməklik göstərilib, onların ailə üzvlərinin maraqları müdafiə edilib. 51 ailəyə fərdi ziyarətlər olub. 324 hemofiliyalı uşaq və gənclər, onların ailə üzvləri üçün təlimlər keçirilib.
Diaspora