I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi.QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə almaniyalı turist Nikolas Hill deyib.
O bildirib ki, Bakı çox doğma və qonaqpərvər şəhərdir: “Mehriban insanlarınız və əla mətbəxiniz var”.
N.Hill qeyd edib ki, idmançılar üçün mükəmməl şərait yaradılıb, əla idman obyektləri tikilib: “Azərbaycanı bu uğur münasibətilə təbrik etmək olar”.