“Nazirlər Kabinetinin qərarına əsasən iyunun 8-də səhər saat 6:00-dan etibarən icitmai nəqliyyatın hərəkəti bərpa ediləcək”.
Qazilər.az xəbər verir ki, bu sözləri hətfənin birinci günü nəqliyyatın hərəkətə başlaması barədə lent.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.“Nazirlər Kabinetinin qərarına əsasən iyunun 8-də səhər saat 6:00-dan etibarən icitmai nəqliyyatın hərəkəti bərpa ediləcək. O vaxta qədər isə avtobusların texniki baxışı, sazlığının yoxlanılması işləri tam olaraq, yekunlaşdırılacaq. Bununla bağlı dünən plan hazırlanıb”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, korornavirusa yoluxma sayının qarşısının alınması üçün iyunun 6-ı gecə saat 0:00-adn, iyunun 8-i səhər saat 6-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abeşron rayonunda sərt karantin rejimi tətbiq olunub.