Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO

Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO backend

Azərbaycanın 2014-cü ildən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri olan Tahir Tağızadə iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PREVENTS LTD şirkətini təsis edib.

Qazilər.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR EVENTS LTD adlandırılıb. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.

Cavanşir Həsənli həmçinin qeyd edir ki, Ülviyyə Tağızadə İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir, vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.
Diaspora