Sosial şəbəkədə Bakıda yol hərəkəti qaydalarını pozan sürücünün görüntüləri yayılıb.
Qazilər.az avtosfer.az-a istinadən xəbər verir ki, sürücü tıxacda qalmamaq üçün ağlasığmaz hərəkət edib.O, idarə etdiyi 99-TD-088 qeydiyyat nişanlı, "Mercedes Gelandewagen” markalı avtomobillə ayırıcı zolağın üzərindən əks istiqamətə keçərək, yolunu dəyişmək istəyib.
Bu zaman avtomobilin alt hissəsi ayırıcı zolağa ilişərək, qəribə manevri çətinləşdirib.