Baş Nazirin televiziya vasitəsilə ƏHALİYƏ müraciəti olacaq

Baş Nazirin televiziya vasitəsilə ƏHALİYƏ müraciəti olacaq backend

Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək.

Qazilər.az BAKU.WS-a istinadla xəbər verir ki, çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq.

Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib.

Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.