Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xanım direktoru yüksək vəzifəyə təyin edib.
Qazilər.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ə.Əzizovun əmri ilə Axundova Könül Arif qızı Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.Qeyd edək ki, K.Axundova bu təyinata qədər Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.