Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 80 kq çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Milad Beygi Xarçeqani final görüşünə çıxıb. Trend-in məlumatına görə, o, finalda Albert Qaunla qarşılaşıb.
Təmsilçimiz rəqibinə 9:4 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.Beləliklə, Azərbaycan Avropa Oyunlarında 12-ci qızıl medalını qazanıb.