“İyunun 15-dək sərhədlərin bağlı qalması barədə qərar var”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.Onun sözlərinə görə, hələlik bu vaxta qədər uçuşların bərpası ilə bağlı qərar yoxdur:
“Hələlik ekspertlər müşahidə aparırlar. Bu gedişlə davam etsə, sərhədlərin açılması gözlənilmir.
Növbəti mərhələdə vəziyyət necə olsa, ekspertlər müşahidə aparıb nəticəyə gələcək və buna uyğun da qərar veriləcək”.