Azərbaycanlı taekvondoçular Fəridə Əzizova və Milad Beygi Xarçeqani I Avropa Oyunları çərçivəsində ¼ final mərhələsinə yüksəliblər. QAZİLER.AZ-ın Trend-ə istinadən məlumatına görə, F.Əzizova 67 kiloqram çəki dərəcəsində Niderlanddan olan rəqibi Coys van Baarenə 2:0 hesabı ilə qalib gəlib.
M.B.Xarçeqani isə 80 kq çəki dərəcəsində rəqibi serb Damir Feyziçuya heç bir şans vermədən mübarizəni 12:0 hesabı ilə vaxtından əvvəl başa çatdıraraq, adını qaliblər siyahısına daxil edib.X X X
Azərbaycanlı taekvondoçu Fəridə Əzizova 1/4 final mərhələsində türkiyəli idmançı Tatar Nur ilə qarşılaşıb.
Gərgin keçən döyüş təmsilçimizin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinalda F.Əzizovanın rəqibi isveçli Elin Yohansson olacaq.
X X X
M.B.Xarçeqani 1/4 final mərhələsində britaniyalı taekvondoçu Lutalo Muhammedə aman verməyib.
Döyüşü vaxtından əvvəl - 17:5 hesablı qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib.
O, yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qarşılaşacaq.
X X X
Final görüşündə F.Əzizova güclü döyüşçü olduğunu bir daha sübut edib.
O, isveçli taekvondoçu E.Yohanssona 5:2 hesabı ilə qalib gələrək filana çıxıb.