QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in məlumatına görə, Rusiyanın “ttsport.ru” portalı Kramerə istinadən yazır ki, gənc, müstəqil ölkə olan Azərbaycan ilk Avropa Oyunlarını təşkil etməklə qarşıya qoyulan məqsədə çatıb: "Avropa Oyunları həm də ona görə vacibdir ki, burada qalib gələn atletlər Rio Olimpiadasına vəsiqə qazanırlar".
R.Kremer bildirib ki, əslində, bu Oyunların formatı federasiya rəhbərləri üçün yenilikdir.
O, bu tədbirin idmanın Avropada daha vacib sahə kimi qəbul olunmasına imkan verəcəyini də söyləyib: "Təçkilatçılıq yüksək səviyyədədir. Hər şey öz qaydasında gedir. Əsas məqsəd odur ki, Avropa Oyunlarını beynəlxalq təqvimə salmaq mümkün olsun. Burada xüsusilə könüllülük fəaliyyətini vurğulamaq istəyirəm. Əminəm ki, Azərbaycan bu cür uğurlu təcrübəni bölüşə biləcək”.