Avropa Oyunlarının qızıl medalçısı: “Burada zəif atlet yoxdur”

Avropa Oyunlarının qızıl medalçısı: “Burada zəif atlet yoxdur” backend

“İlk Avropa Oyunlarında güclü idmançılar yarışır. Burada zəif atlet yoxdur”.

QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, bu sözləri Rusiyanın ikiqat dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı Viktor Lebedev “sport-express.ru” saytına müsahibəsində deyib. “Mən çox şadam ki, Avropa Oyunlarında qalib gəldim. Mükəmməl Olimpiya kəndi, yaxşı düşünülmüş nəqliyyat xidməti var. Düzdür, mən bu vaxta qədər Olimpiya oyunlarında iştirak etməmişəm. Amma Bakı 2015-dəki yarışlara qatılmaq maraqlıdır. Bu, mənim üçün Las-Veqas yarışları öncəsi yaxşı hazırlıq imkanı oldu”, - deyə V. Lebedev söyləyib.

Rusiyalı idmançı bildirib ki, əsas hədəf dünya çempionatıdır və Avropa Oyunlarında iştirak onu hədəfə bir qədər də yaxınlaşdırıb
Diaspora