Həftə sonu ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ

Həftə sonu ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

Qazilər.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.