Tanınmış Qarabağ döyüşçüsü və rəssam Elçin Quliyevin portretini çəkdi

Tanınmış Qarabağ döyüşçüsü və rəssam Elçin Quliyevin portretini çəkdi backend

"Qəhrəmanını xalq öz kişi bətnindən doğurmalıdi!".

Tanınmış Qarabağ döyüşçüsü və rəssam Tərlan Eyvazov şəxsi feysbuk səhifəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev barəsində status paylaşıb.

Qazilər.az sözügedən statusu təqdim edir:

"Elçin Quliyevi heç vaxt yaxından tanımamışam. Mən xidmətdə olanda vəzifədə məndən kiçik olub. Daha sonralar perspektivli kadr kimi irəli çəkilib, Sərhəd Xidmətinə rəhber təyin olunub, gənc dövlətimizin sərhədlərinin qurulması, qorunmasi işində qənaətbəxş fəaliyyət göstərib. Bunun nə qədər çətin bir iş olduģunu təsəvvür etmək üçün SSRI vaxtı ilə indiki müstəqil dövlətimizin sərhədlərini müqayisə etmək yetərlidir. O vaxt respublikamiz cəmi iki dövlətlə, indi isə 5 dövlətlə quru, 4 dövlətlə isə su sərhəddinə malikdir. Üstəlik Ermənistanla elan olunmamış müharibə, Qazax bölgəsində güllə yağışı altında sərhəd qurulması...

Ötən ilin yayında XIN -nin yarıtmaz fəaliyyəti nəticəsində "Keşikçi dağ" massivində Gürcüstanla sərhəd xəttinin, sərhədçilərin bu rayonda statusunun müəyyən edilməməsi səbəbindən yaşanan məlum silah olayı zamanı bu xidmətin rəhbərliyini ən sərt tənqid edənlərdən biri olmuşam. Amma DSX rəhbərliyi nəinki mənimlə və qeyri tənqidçilərlə intriqaya girmədi, əksinə helkopter ayırıb bir qrup jurnalist və keçmiş hərbiçini Ermənistanla sərhəddəki "Babəkar daģ" massivindəki görmuş olduģu işlərlərlə tanış etmək üçün bölgəyə apardı. Daha sonra sentyabr ayında səxsən məni məlum "Keşikçi dağ" massivindəki, cəmi 40 gün ərzində tikilib istifadəyə verilmiş yeni zastavanın açılışına dəvət etdi. Oradan artıq gürcü millətçi təxribatçıların ayağı kəsilmiş, konkret postlar qoyulmuş, tənqid oluna biləcək heç bir məsələ qalmamışdı. Bundan olduqca məmnun olduğum üçün məhz həmin zastavada çəkdirdiyim fotonu hələ də face profilimdə saxlamışam. Oradan aldıģım müsbət təsirdən ilhamlanıb bütün sərhədçilərimizi vəsf edən bu tablonu işlədim, amma burda paylaşmadım. Bu ilə planlaşdırdığım sərgiyə saxladım. Amma son baş verənlərdən sonra düşündüm ki, bu tablonu sizlərlə paylaşım.

Hər bir məmur həbs olunanda bir çoxumuz sevinir, buna ədalətin təzahüru kimi yanaşırıq. Bəlkə də belədir. Amma bir az da dərindən düşünüb, araşdırsaq gedənin yerinə kim gələcək, artıq bir ildir hər gün Qazaxda erməni ilə sərhəddimizdə müharibə aparan, Rusiyadan silah almaqdan imtina edən, onu daha güvənli yerlərdən əldə etməyə çalisan DSX kimə mane olur, onda bəlkə ayrı nəticəyə gələ bilərik.

Bir müddət öncə İran generalı Qasım Süleymaninin şəkillərini paylaşanları çoxumuz haqlı olaraq qınadıq. Amma əminəm ki, ölkəmizdə oxşar fəlayyət göstərən general olsaydı, onun şəkli paylaşılardı. Lakin bilməliyik ki, belə generallar, qəhrəmanlar, sərkərdələr, öz-özünə yetişmir. Onu xalq, millət, dövlət yetişdirir. Xəlil Rza demiş: "Qəhrəmanını xalq öz kişi bətnindən doğurmalıdi!". Doğura bilməsə, önünə çıxarmasa, nicatı yoxdur!"