Rusiya Federasiyasını Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Türkiyə və İrana ət tədarükü edəcək şirkətlərin siyahısını hazırlayıb.
QAZİLER.AZ saytı xəbər verir ki, "APA-Economics"in qurumun saytına istinadən verdiyi məlumata görə, Rusiyanın mal, qoyun və toyuq əti istehsalı ilə məşğul olan müəssisələrində müvafiq yoxlamaların aparılması ilə bağlı Azərbaycan, Türkiyə və İranın baytarlıq xidmətləri ilə ilkin razılıq əldə olunub.
Hazırda Federal Xidmət potensial ixracatçıların siyahısını hazırlayır.