Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da keçirilən buraxılış imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb.
QAZİLER.AZ saytı xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 40.14 faizi Ana dilindən “2”, 41.08 faizi “3”, 40.25 faizi Riyaziyyatdan “2”, 37.11 faizi “3” alıb. Şagirdlərin 12.85 faizi Ana dilindən, 15.44 faizi Riyaziyyatdan “4”, 5.93 faizi Ana dilindən, 7.20 faizi Riyaziyyatdan “5”alıb.