Amerika Birləşmiş Ştatlarının "Associated Press" agentliyi Avropa Oyunları ilə bağlı məqalə dərc edib.
QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, "Azərbaycan Avropa Oyunlarının uğurunu bəyan edir" – başlıqlı yazıda Gənclər və idman naziri Azad Rəhimova istinadən "Reallıq bütün gözləntiləri doğruldub" - deyə bildirilir.
Məqalədə həmçinin Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin Azərbaycanın Olimpiya oyunlarını təşkil edə biləcək hazırlıqda olması vurğulanır.