Nazirliyin daha 4 vəzifəli şəxsi işdən çıxarıldı

Nazirliyin daha 4 vəzifəli şəxsi işdən çıxarıldı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya faktı təsdiqləyib.