Azərbaycanda vətəndaşlar arasında hərbi-vətənpərvərlik işinin qurulması konsepsiyası hazırlanıb. QAZİLƏR.AZ-ın APA-ya istinadən məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin sədri Şahvələd Əliyev qurumun 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair iclasında bildirib.
Ş. Əliyevin sözlərinə görə, Konsepsiyanın layihəsi və təkliflər hazırlanaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olunub.Konsepsiyada nəzərdə tutulan planlar barədə əlavə məlumat verilməyib.