Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - Rəsmi açıqlama

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - Rəsmi açıqlama backend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı koronavirusdan vəfat edən şəxslərin dəfn edilməsi ilə bağlı qaydalara aydınlıq gətirib.

Qazilər.az Trend-ə istinadla verdiyi məlumata görə komitə sədri bildirib ki, koronavirusla bağlı vətəndaşların dəfn edilməsində dini baxımdan heç bir dəyişiklik yoxdur:

“Burada müəyyən tibbi qaydalar var. Dəfn mərasimləri islami qaydalara uyğun həyata keçirilir. Sadəcə orada tibblə bağlı qoruyucu qaydalar var ki, bunlara əməl olunur”.