Təlimlərdə qəza: 20 hərbçi yaralandı

Təlimlərdə qəza: 20 hərbçi yaralandı backend

Britaniyanın Solsberi vadisində keçirilən Böyük Britaniya-Hindistan birgə hərbi təlimlər zamanı baş vermiş qəza nəticəsində 20-dək adam yaralanıb. QAZİLER.AZ saytı xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Uiltşir polis idarəsinin nümayəndəsi bildirib

Məlumata görə, üç hərbi avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan 4 nəfərin ömürlük əlillik ilə nəticələnə biləcək ağır xəsarətlər alıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir. Yaralılar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyətinin kritik olduğu bildirilir.
Diaspora