Bakı-2015 I Avropa Oyunlarının VI günündə 11 dəst medalın sahibi müəyyənləşib. QAZILER.AZ saytı xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu gün hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 23-ə çatıb.
11 qızıl, 3 gümüş və 9 bürüncü olan komandamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 29 mükafat var. Bunların 16-sı qızıl, 5-i gümüş, 8-i bürüncdü. Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Bakı-2015-in ilk 6 günündə ümumilikdə 239 - 71 qızıl, 71 gümüş, 97 bürünc medal oynanılıb. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 18-i çempionluq sevinci yaşayıb.