İqtisadiyyat Nazirliyində yeni təyinat olub.
Qazilər.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.Belə ki, İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə Sahir Məmmədxanov təyin olunub.
S.Məmmədxanov 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.