Ramazan təqviminə əməl edilməsinə Dövlət Komitəsi nəzarət edəcək

Ramazan təqviminə əməl edilməsinə Dövlət Komitəsi nəzarət edəcək backend

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib.



DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə iştirak edən Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, DQİDK-da Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Komitə sədri Ramazan ayında Dövlət Komitəsinin bölgə şöbələrinin yerlərdə ayrı-ayrı məsələlərlə əlaqədar iş fəaliyyətini daha da gücləndirməli olduğunu və bölgə şöbələrinin Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməli olduqlarını bildirib.

M.Qurbanlı QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də Dövlət Komitəsinin və onun şöbələrinin üzərinə düşdüyünü və buna görə də bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcəyini deyib.
Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan M.Qurbanlı Ramazan ayında bölgə şöbələrinin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı bölgə şöbələrinin rəhbərlərinə tövsiyələrini verib. Müşavirənin sonunda Dövlət Komitəsinin şöbələrinin ikinci yarımil üçün tədbirlər planı təsdiq edilib.
Diaspora