Britaniyalı idmançı: “Azərbaycanın yaxşı gimnastları var“

Britaniyalı idmançı: “Azərbaycanın yaxşı gimnastları var“ backend

"Azərbaycanı çox sevdim, burada insanlar çox mehribandırlar, nəsə lazım olanda dərhal sənə kömək edirlər". Bunu Trend-ə birinci Avropa Oyunlarında iştirak edən britaniyalı gimnast Ketrin Driskoll deyib.



K.Driskoll bildirib ki, Azərbaycanın gözəl iqlimi var, Bakının mənzərəsi çox gözəldir: "Hələ ki, Bakını gəzməyə vaxtımız olmayıb. Ancaq getməzdən öncə Bakını gəzmək, İçərişəhəri görmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq istəyirəm".

O, Avropa Oyunlarının əhəmiyyətindən də danışıb: "Bu Oyunlar idmançılar üçün çox əhəmiyyət daşıyır. Bu bizim yeni təcrübə qazanmağımız üçün yaxşı imkandır. Yarışlarda güclü gimnastlar iştirak edir, qələbə qazanmaq güclü mübarizə tələb edir".

Britaniyalı idmançı Azərbaycanın da yaxşı gimnastları olduğunu qeyd edib. O, həmçinin yarışların yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Azərbaycan yarışları yüksək səviyyədə təşkil edib, idmançılar üçün hər cür şərait yaradılıb".
Diaspora