“Kürd Elnur” həbs edildi - RƏSMİ

“Kürd Elnur” həbs edildi - RƏSMİ backend

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.