Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Qazilər.az “unikal.org”a istinadla xəbər verir ki, iki qurumun əməliyyat keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi barədə araşdırma aparılıb.Qeyd edək ki, 18 fevral 2005-ci il tarixli Sərəncamla yaradılan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə general-leytenant Əfqan Nağıyev başçılıq edir.