Sosial şəbəkələrdə yayımlanan bir foto izləyicilərin müzakirələrinə səbəb olub.
Qazilər.az bildirir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun xidməti otağındakı kreslo öz qeyri-adi təmtərağı və padşah taxt-tacına bənzəməsi ilə fərqlənir.Arif Qasımov 2015-ci ildən Nizami RİH-in başçısıdır. O, bundan əvvəl Siyəzən RİH-in başçısı olub. İki rayona dalbadal rəhbərlik etmiş başçının bir – birinə geydirilmiş iki kreslo şəklində görünən kreslosuna elə buna görə “ikiqat kreslo” deyənlər də tapılıb.
Hətta Prezident özü “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulan kreslonun dəyişdirilərək hamı üçün verilmiş stullardan birini gətirməyi tələb edib. Prezidentin bu hərəkəti yerdə qalan hər kəs üçün mesaj olmalı idi.