İcra başçısı bahalı avtomobilindən imtina edib “NAZ Lifan” aldı — FOTOLAR

İcra başçısı bahalı avtomobilindən imtina edib “NAZ Lifan” aldı — FOTOLAR backend

Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra bir çox məmurlar kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev də əl-ayağa düşüb, öz hərəkətlərinə əl gəzdirməyə başlayıb.

Daşkəsən rayon sakinlərinin Demokrat.az-a verdiyi məlumata görə, icra başçısı Əhəd Abıyev son günlər bahalı avtomobildən istifadə etmir.

Sakinlər deyir ki, icra başçısı özünə Naxçıvan istehsalı olan “NAZ Lifan” avtomobili alıb və rayon ərazisində həmin avtomobildə gəzməyə üstünlük verir.

Rayon sakinlərinin sözlərinə, buna qədər isə Əhəd Abıyev "Lexus LX 570" model bahalı avtomobildən istifadə edib:

Qeyd edək ki, hazırda Azərbaycanda "Lexus LX" model avtomobillərin bazar qiyməti 190 min ABŞ dolları təşkil edir.
Diaspora