Xaricdə yaşayan və müraciət etməyən şəxslərə 190 manat necə yazılıb? - FOTO

Xaricdə yaşayan və müraciət etməyən şəxslərə 190 manat necə yazılıb? - FOTO backend

Üç ildir xarici ölkədə yaşayan və işsiz kimi müraciət etməyən Azərbaycan vətəndaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manat birdəfəlik yardım verib.

Qazilər.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumat iqtisadçı alim Qubad İbadoğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı siyahıda apardığı araşdırmaları zamanı üzə çıxıb. İqtisadçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manat birdəfəlik ödəmənin verilməsində yol verdiyi saxtakarlıqların davam etdiyini iddia edib:

"Məhz bütün bunlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıda nə doğum tarixini, nə də yaşayış yerinin ünvanını göstərir. Əmiraslanov Emil 3 ildir ki, xaricdə yaşayır, bu yardım üçün müraciət etməyib, amma adı 190 manat birdəfəlik ödəmənin siyahısındadır. Facebookda diqqətimi Əliyev Emin Sahib oğlunun postu çəkdi. O da özünün xəbəri olmadan siyahıda ad, soyad və atasının adı, eləcə də FİN nömrəsi də eyni olmaqla tapıb və post yazıb ki, "147057 - heç olmasa 90 manatını versin, halallıq edim””.

Qubad İbadoğlu iddia edib ki, 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı bu və digər saxtakarlıq halları çoxdur:

"Siyahıya baxın, özünüzün və başqalarının adını axtarın. Bu saxtakarları ifşa etməyin yeganə yolu şəffaflıqdır. Odur ki, tələb edirəm, mövcud siyahida 190 manat birdəfəlik ödəməni alanların ad və soyadları ilə yanaşı, doğum tarixi və yaşayış yeri də əlavə olunsun”.
Diaspora