"Hadisə yerində hamınız maskasızsınız, halbuki siz..." - Nazirdən jurnalistlərə irad

"Hadisə yerində hamınız maskasızsınız, halbuki siz..." - Nazirdən jurnalistlərə irad backend

Gecə Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğın ərazisinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

"Report" xəbər verir ki, nazir özü maskada olub və jurnalistlərin suallarını cavablandırarkən onlara irad bildirib:

"Hadisə yerində hamınız maskasızsınız. Halbuki siz bu pandemiya dövründə təhlükəsizlik tədbirlərinə əməl etməyi təbliğ etməli olan şəxslərsiniz. Zəhmət olmasa, özünüzün və digərlərinin təhlükəsizliyi üçün maska taxıb, jurnalist fəaliyyətinizə davam edin".