Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək backend

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-32 dərəcə isti olacaq.

İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında iyunun 18-də əsasən yağmursuz, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Diaspora