Sabah Ramazan ayının 16-cı günüdür.
Qazilər.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:46, iftar isə saat 20:00-dədir.Ramazan ayının 16-cı gününün duası:
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".
Tərcüməsi:
"İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!"
Allah orucunuzu qəbul etsin!