Ötən gün həbs edilən nazirliyin iki vəzifəli şəxsi haqda xəbər var

Ötən gün həbs edilən nazirliyin iki vəzifəli şəxsi haqda xəbər var backend

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə gətiriliblər.

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.