İkinci Dünya Müharibəsi iştirakçılarının xatirələrini əbədiləşdirmək üçün yeni layihə

İkinci Dünya Müharibəsi iştirakçılarının xatirələrini  əbədiləşdirmək üçün yeni layihə backend

Böyük Vətən müharibəsi iştirakçılarının qohumlarının nəzərinə


Müharibə iştirakçısı olan qohumlarınız barədə məlumatları foto.pamyat-naroda.ru saytına daxil edərək adlarını əbədiləşdirin

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında “Yaddaş yolu” layihəsi üzrə yeni elektron portal yaradılıb.

Yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir.
Hər ailənin, hər nəslin həmin müharibədə iştirak etmiş qəhrəmanı var.

Ona görə də Böyük Vətən müharibəsi iştirakçısı olan ailə üzvlərinizə, qohumlarınıza, tanışlarınıza aid məlumatları foto.pamyat-naroda.ru və ya mil.ru saytlarına daxil etməklə, adlarının əbədiləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sayta müharibə iştirakçısının soyadını, adını, atasının adını, doğum tarixini və doğulduğu yeri, müharibədən əvvəlki, müharibə və müharibədən sonrakı dövrdəki fotoşəkillərini və s. daxil edə bilərsiniz.

Bu məlumatlar Moskvada yerləşən “Patriot Parkı”nın “Yaddaş yolu” qalereyasında milyonlarla müharibə iştirakçıları sırasında əbədiləşəcək.