“Bakı gözəl və qonaqpərvər şəhərdir”. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə İtaliya Milli Olimpiya Komitəsinin (MOK) marketinq departamentinin nümayəndəsi Anna Marianna Makazi deyib.
O bildirib ki, ilk dəfə Bakıya 1987-ci ildə voleybol üzrə İtaliya milli komandasının üzvü kimi gəlib və o vaxtdan Azərbaycan paytaxtı çox dəyişib: “Bakıda I Avropa Oyunlarının açılış mərasimi çox gözəl idi, xüsusilə narla olan səhnəni bəyəndim. Atletlər üçün inşa edilən bütün idman qurğuları da çox xoşuma gəlir. Hər şey yüksək səviyyədə təşkil olunub”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]