Kapitan Şuşanın işğal günündə - may ayının 8-də bu dünya ilə əbədi vidalaşıb.
Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında isə gözlərini əbədi yumub.
Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılaraq kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
2017-ci ildə haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilib.
Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.
Onu tanıyanlar aprel döyüşlərinin igidini gülərüz və şən xatırlayır.
Allah rəhmət eləsin.