İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev özünə yeni vəkil tutub.
Qazilər.az-ın Axeber.az-a istinadla verdiyi məlumata görə, sabiq icra başçısı dövlət hesabına ona təklif olunan vəkildən imtina edərək, öz vəsaiti hesabına yeni vəkil tutub.Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. DTX-da aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.