Avtomobillər İçərişəhərə buraxılmayacaq - XƏBƏRDARLIQ

Avtomobillər İçərişəhərə buraxılmayacaq - XƏBƏRDARLIQ backend

I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyat hərəkəti məhdudlaşdırılacaq.

QAZILER.AZ saytı xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı 2015 I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının marşrutunun bir hissəsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən keçməsi ilə əlaqədar olaraq 18 iyun axşam saatlarından başlayaraq 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Yarışla əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Diaspora