Sosial şəbəkələrdə Bakı metrosunun mayın 9-dan fəaliyyətə başlayacağı bildirilir.
Bununla bağlı Oxu.Az “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib.B.Məmmədovun sözlərinə görə, metroda infrastrukturun daimi saz vəziyyətdə saxlanılması və qatarların hərəkətə hazır vəziyyətdə olması üçün tədbirlər görülür:
“Metronun fəaliyyətinin tam olaraq hansı tarixdən bərpa ediləcəyinə dair qərarı operativ qərargah verəcək. Bu gün üçün dəqiq olan məsələlərdən biri Nazirlər Kabineti yanında operativ qərargahın yayımladığı metodiki göstərişlərdir. Həmin göstərişlərdə isə ictimai nəqliyyatda, o cümlədən metroda sərnişinlərin maska taxmasının, sosial məsafəni qorumasının məcburi olduğu göstərilib. Karantin dövründə fəaliyyətini bərpa edərsə, “Bakı Metropoliteni”nin əməkdaşları əhaliyə xidmət göstərməyə hazırdır”.