Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarıldı

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarıldı backend

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, Məclisin Aparatından 40-dan çox əməkdaş işdən azad edilib: “Eyni zamanda bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.