Sabiq təhsil naziri, professor Firudin Cəlilovun bu gün doğum günüdür.
Professor Moderator.az-a açıqlamasında heç vaxt doğum gününü qeyd etmədiyini bildirib:“Təbrikiniz üçün çox sağ olun. Doğum günüm olduğunu dostlar yazıb yadıma salırlar, mən heç vaxt nə doğum günü, nə də yubiley keçirməmişəm. Məncə, Qarabağ problemi olan bir adamın bayram etməyə mənəvi haqqı yoxdur.
Professor koronavirus pandemiyasından da danışıb və ABŞ tərəfindən Çinə qarşı hazırlandığını bildirib:
“Koronavirus pandemiyası təzə yayılanda yazmışdım ki, bu ABŞ-ın Çinə qarşı bir oyunudur. ABŞ bununla milyardlarla borcu olan Çini cəzalandırmaq istəyir. ABŞ bütün ölkələri Çinə qarşı qaldıracaq ki, borcunu sildirsin. İndi baxıram ki, mən deyənə gəlib çıxıblar. Amma bu planı quranların bunu nə vaxta qədər davam etdirəcəklərini bilmirik”.
F.Cəlilov tanınmış iş adamı Mübariz Mənsimovun da həbsindən danışıb:
“Mübarizin həbsi çox qəliz məsələdir, mən də onu bir neçə dəfə yazılarımda müdafiə etdim. Allah qapısını açsın, o, çox yaxşı oğlandır. Bu, Mübariz bəyə qarşı qurulan bir oyundur və Allahdan arzu edirəm ki, tezliklə onu azadlığa qovuşdursun”.



