Milli Məclisin yeni mətbuat katibi təqdim olundu

Milli Məclisin yeni mətbuat katibi təqdim olundu backend

Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib.

Bu gün o, kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.