Güləşçilərimiz ilk mərhələdən rahat keçdi

Güləşçilərimiz ilk mərhələdən rahat keçdi backend

Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0.

Bu gün I Avropa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışı başlayır. Lent.az-ın məlumatına görə, 4 çəki üzrə pəhləvanlarımız mübarizə aparacaq.

57 kq çəki dərəcəsində Azərbaycanı Yaşar Əliyev təmsil edəcək. O, mübarizəyə 1/8 finaldan başlayacaq. Yaşar Əliyev ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe üz-üzə gələcək.

65 kq çəki dərəcəsində olimpiya çempionumuz Toğrul Əsgərov mübarizə aparacaq. O, ilk mərhələdə rusiyalı İlyas Bekbulatovu 8-7 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

74 kq çəki dərəcəsində millimizi Cəbrayıl Həsənov təmsil edəcək. Pəhləvanımız Yaşar Əliyev kimi yarışa 1/8 final mərhələsindən başlayacaq. O, ilk görüşünü macarıstanlı Mihali Haqi ilə keçirəcək.

97 kq çəki dərəcəsində Azərbaycanı təcrübəli idmançı Xetaq Qazyumov təmsil edir. O, ilkin mərhələdə polşa idmançısı Radoslav Baranla üz-üzə gələcək.
Diaspora