Bir sıra məhkəmələrin hakimləri vəzifədən azad edilib

Bir sıra məhkəmələrin hakimləri vəzifədən azad edilib backend

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Qazilər.az bildirir ki, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.