Daha bir qrup əlilliyi olan şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verildi

Daha bir qrup əlilliyi olan şəxsə kiçik bizneslərini  qurmaları üçün aktivlər verildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulması işləri davam edir.

Qaziler.az bildirir ki, layihə əsasında Zaqatalada rayonunda da bu kateqoriyadan olan bir qrup əlilliyi olan şəxsə arıçılıq üzrə kiçik bizneslərini yaratmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) təqdim edilib.

Bundan əvvəl isə layihə çərçivəsində Şəmkir rayonunda əlilliyi olan şəxslərə aktivlər verilib.

Ümumilikdə layihə pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayonda 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılmasını nəzərdə tutur.
Diaspora