"Koronavirusa dair metodiki göstərişlərə əsasən, ictimai nəqliyyatda tibbi maska taxmaq zəruridir"
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, maska taxmayanlarla bağlı cəriməni Nazirlər Kabineti yanında Operativ Qərargah tənzimləyəcək: "Hər şeyi cəriməyə çevirmək də düzgün deyil. Biz maarifləndirməyə üstünlük verməliyik. Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”.